Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata görə, Ali Rəhbərin, İslam İnqilabı Keşikçilərinin Korpusu üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Abdullah Hacı Sadiqi, Qum əyalətinin İmam Əli ibn Əbu Talib (ə) adına İslam İnqilabı Keşikçiləri Korpusunun bir sıra komandirləri və məsul şəxslərinin iştirakı ilə keçirilən toplantıda çıxış edib. Çıxışı zamanı, İslam İnqilabının qlobal təhdidlər qarşısında güc və möhkəmliyini vurğulayıbdır. Deyib: “Bizim gücümüzün əsas amili Bəsicdir”. O qeyd edib:
Əgər bütün düşmən qüvvələri əl-ələ verib bu inqilab və dövləti məhv etmək istəsələr belə imanlı bəsicilərin olduğu təqdirdə buna heç vaxt nail ola bilməyəcəklər.
Vilayəti-Fəqihin nümayəndəsi əlavə edib: Amerikanın bizimlə düşmənçiliyinin əsas səbəbi o cümlədən istibdad cəbhəsinin İslam ölkəsinə qarşı təcavüzünün əsas məqsədi nə bizim nüvə enerjimizdir, nə insan haqlarımız nə də neft ehtiyatlarımızdır. Düşmənin əsas məqsədi odur ki, biz onun əmrinə tabe olaq.
Daha sonra o, Qum şəhəri üzrə İslam İnqilabının Keşikçiləri Korpusunun bir sıra komandirləri və məsul şəxslərinə müraciətlə deyib:
Bu gün Bəsicin qorunması kimi mühüm bir vəzifə sizin üzərinizdədir. Biz bu müqəddəs qurumun o cümlədən Bəsicin mahiyyətini necə qorunmasını bu məşhur ifadə ilə «وَ اللهِ اِنْ قَطَعْتُموا یَمینی، اِنّی اُحامی اَبَداً عَنْ دینی»
Yəni "Allaha and olsun əgər sağ əlimi də kəssəniz, mən dinimdən əsla əl çəkməyəcəyəm" qorumalı və tanıtmalıyıq.
Höccətül-İslam vəl-müslimin Hacı Sadiqi sözlərinə belə davam edib: Bəsicin kimliyi bütün sahələrdə iştirak etməyə və rol ifa etməyə hazır olmaq deməkdir. Biz anlamalıyıq ki, vilayətə bağlılıq və bəsici mədəniyyəti, İslam Respublikasının gücünün iki əsas amilidir. Bu kimlik iki istiqamətdə möhkəmlənir:
1. Elm, maarif, bəsirət, həqiqətləri dərk etmək, düşməni və dostu tanımaq. Çünki "idrak savaşı" yaxud psixoloji savaş, bəsirəti əlindən alma savaşı deməkdir və biz elm və maarif silahı ilə daha güclü olmalıyıq.
2. Maraq və bağlılıqlar. Yəni bəsicilərin düşüncə və meyllərini İslam İnqilabının prinsiplərinə və dəyərlərinə yönəltmək lazımdır.
O, son əməliyyatlarda həyata keçirilmiş əməliyyatlara işarə edərək, İran İslam Respublikasının düşmənləri qarşısında ayıqlıq və birliyin zəruriliyini vurğulayıb.
Vilayəti-Fəqihin nümayəndəsi sonda qeyd edib: Ağlabatan addım və vəziyyətin düzgün dəyərləndirilməsi, düşmənlərin başladığı psixoloji savaşları və bəsirəti əlindən alma müharibəsi qarşısında bizə müqavimət göstərməyə kömək edəcək. Elm və bəsirətdən faydalanmaq bu yolda bizi inqilabın böyük məqsədlərinə və ali ideallarına çatmaqda dəstəkləyəcək.
Xəbərin sonu
Rəyiniz